Eriksen: “Mənə nə olduğunu bilmək istəyirəm”

AÇ-2020-nin Danimarka – Finlandiya matçında huşunu itirən danimarkalı futbolçu Kristian Eriksen açıqlama verib.

Komanda.az “La Gazetta dello Sport”a istinadən xəbər verir ki, hazırda vəziyyəti yaxşı olan 29 yaşlı yarımmüdafiəçi, oyun zamanı ürəyinin dayanması ilə bağlı bunları deyib:

“Təşəkkür edirəm. Mən təslim olmayacam. Hazırda özümü yaxşı hiss edirəm və mənə nə olduğunu bilmək istəyirəm. Mənim üçün etdiklərinizə görə hamınıza təşəkkür edirəm”.

AÇ-2020-nin qrup mərhələsinin ilk turu çərçivəsində keçirilən Danimarka – Finlandiya matçı 0:1 hesabıyla bitib. Eriksen qarşılaşmanın 42-ci dəqiqəsində huşunu itirərək yerə yıxılıb. Futbolçu həkimlərin ilkin müdaxiləsindən sonra xəstəxanaya aparılıb.