ABŞ şirkəti PSJ-yə 4,25 milyard avro ödəyib

PSJ-nin səhmlərinin 12,5 faizi ABŞ-ın “Arctos Partnes” şirkətinə satılıb.

Komanda.az xəbər verir ki, sözügedən şirkət bunun üçün 4,25 milyard avro ödəyib. “Arctos Partners”in klubun idarəçiliyində rolu olmayacağı bildirilib.

Paris təmsilçisi bu gəlirlə stadion və məşq meydançalarının yenilənməsinə yatırım edəcək. Klubun bununla bağlı yaydığı açıqlamada belə qeyd olunub:

“Biz yeni bazarlara genişlənməyə davam etmək, müxtəlif coğrafiyalardan olan azarkeşləri cəlb etmək və bütün dünyada idman investisiya imkanlarını araşdırmaq üçün “Arctos Partners” ilə əməkdaşlıq edirik”.

PSJ-nin prezidenti Nasser Əl-Xələfi isə bu müqavilənin klubun davamlı uğuruna və böyüməsinə böyük töhfə verəcəyini bildirib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button