Rüfət Dadaşov zədələndi

ABŞ-ın “Feniks Rizinq” klubunda çıxış edən azərbaycanlı futbolçu Rüfət Dadaşov sıradan çıxıb.

Komanda.az “azcentral.com”a istinadən xəbər verir ki, 29 yaşlı hücumçunun ayaq sümüyü əzilib. Dadaşovun ABŞ-ın 1-ci liqasının “Sakramento” ilə matçını buraxacağı gözlənilir.

Dadaşov bu mövsüm 8 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.