Abramoviç La Liqa klubunu alır?

Rusiyalı milyarder, “Çelsi”nin sahibi Roman Abramoviç hazırkı klubunun satışı ilə bağlı prosedur başa çatdıqdan sonra İspaniyanın “Valensiya” klubunu almaq istəyir.

Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, “Valensiya”nın maliyyə problemləri var və sinqapurlu iş adamı Peter Lim klubu satışa çıxaracaq. Abramoviçin La Liqa klubunu almaq istədiyi deyilir.

Bundan əvvəl Abramoviçin Türkiyənin Super Liqa klublarından “Göztəpə”ni almaq istədiyi barədə məlumat yayılmışdı. Sonradan bu məlumat təkzib olundu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button