“AAAF Xırdalan”la “Neftçi” də yarımfinala vəsiqə qazandı

Basketbol üzrə Azərbaycan kubokunda qrup mərhələsinin sonuncu – üçüncü turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, bütün oyunlar “Sərhədçi” İdman Mərkəzində baş tutub.

Qeydə alınan nəticələrindən sonra “Gəncə” və NTD komandaları qrupda ilk, “AAAF Xırdalan” və Neftçi” komandaları isə ikinci pilləni tutaraq yarımfinala vəsiqə qazanıblar.

Yarımfinal oyunları (“Gəncə” – “Neftçi”, “NTD” – “AAAF Xırdalan”) martın 25-də baş tutacaq.

A qrupu

Sabah – AAAF Xırdalan 82:85
Ən məhsuldar basketbolçular:
Sabah – Kamran Məmmədov – 14 xal, 6 ribaund
AAAF Xırdalan – Devin Pullum – 25 xal, 7 asist

Gəncə – Sərhədçi 75:80
Ən məhsuldar basketbolçular:
Gəncə – Əkbər Məmmədov – 20 xal, 25 ribaund
Sərhədçi – Trevor Blekmon – 16 xal, 1 ribaund

B qrupu

NTD – Zirvə Astara 104:103
Ən məhsuldar basketbolçular:
NTD – Londel Kinq – 19 xal, 15 ribaund
Zirvə Astara – Ruşard Kruikşenk – 51 xal, 9 ribaund

Olimpik Şəki – Neftçi 74:100
Ən məhsuldar basketbolçular:
Olimpik Şəki – Larri Robinson – 24 xal, 7 asist
Neftçi İK – Zaur Quşanov – 19 xal, 3 asist

A qrupu
1. Gəncə (2-1) – 5 xal
2. AAAF Xırdalan (2-1) 5
3. Sabah (1-2) 4
4. Sərhədçi (1-2) 4

B qrupu
1. NTD (3-0) 6
2. Neftçi İK (2-1) 5
3. Zirvə Astara (1-2) 4
4. Olimpik Şəki (0-3) 3

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button