“AAAF Xırdalan” “Zirvə Astara”ya qalib gəldi

Bu gün “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 28-ci turunun ikinci oyunu baş tutub.

Komanda.az xəbər verir ki, “Zirvə Astara” və “AAAF Xırdalan” komandalarının üz-üzə gəldiyi oyunun sonunda Xırdalan təmsilçisi 109:96 hesablı qələbə qazanıb.

Ən məhsuldar basketbolçular “Zirvə Astara”dan Ruşard Kruikşenk (27 xal, 5 ribaund), “AAAF Xırdalan”dan isə Endryu Korum (31 xal, 9 ribaund) olublar.

Xatırladaq ki, turun son iki oyunu (“Sabah” – “Olimpik Şəki”, NTD – “Neftçi”) 29 apreldə baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button