A Seriyasının oyunu təxirə salınır – koronavirusa görə

İtaliya A Seriyasının 3-cü turu çərçivəsində keçirilməli olan “Cenoa” – “Torino” oyunu baş tutmaya bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, buna səbəb “Cenoa”nın 14 üzvünün koronavirusa yoluxmasıdır. Bu barədə klubun idman direktoru Daniele Faqqiano məlumat verib:

“Hamımız karantindəyik. Növbəti turda oynaya bilmərik. Məşq edə bilmirik, oyunu təxirə salmağımız lazımdır”.

“Torino” – “Cenoa” oyunu oktyabrın 3-də keçirilməlidir.