
Tottinin seçimi: A Seriyasının ən baxımlı komandası
“Roma”nın sabiq futbolçusu Françesko Totti İtaliya A Seriyasında bu mövsüm ən çox diqqətini çəkən komandanın adını açıqlayıb.
Keçmiş kapitan, uğurlu çıxış edən “Komo”nu xüsusi vurğulayıb. Hazırda turnir cədvəlində 30 turdan sonra 4-cü pillədə qərarlaşan komandanın oyununu yüksək qiymətləndirən Totti, onların liqanın ən baxımlı təmsilçilərindən biri olduğunu bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı sabiq futbolçu, “Komo”nun çox yaxşı təşkilatlandığını deyib:
“Komo” A Seriyasının ən baxımlı komandasıdır. Onlar çox yaxşı təşkilatlanıblar və komanda şəklində güclüdürlər. Sesk Fabreqas (“Komo”nun baş məşqçisi) öz işinin öhdəsindən əla gəlir. Nikolas Pas (komandanın hücumçusu) bu mövsüm liqanın ən maraqlı gənc oyunçusudur. “Komo” UEFA Çempionlar Liqasına vəsiqə qazana bilər, amma mən “Roma”ya ümid edirəm”.
“Komo” A Seriyasında növbəti oyununu aprelin 6-da, səfərdə “Udineze”yə qarşı keçirəcək.
Bizi Facebook-da izləyin



