“A Seriyasında qalib gələcəyimizə daha çox əminik” – “İnter”in prezidenti

“İnter”in prezidenti Stiven Çanq komandanın A Seriyasında çempionluq yarışında “Milan”dan geri qalmaları haqqında danışıb.

Komanda.az “Sport Mediaset”-ə istinadən xəbər verir ki, o, A Seriyasında qalib gələcəklərinə əmin olduğunu söyləyib:

“Biz “Milan”dan geri qalsaq da, qalib gələcəyik. “Yuventus”u məğlub edərək qazandığımız kubok “İnter”in tarixində əbədi olaraq qalacaq. Biz xoşbəxtik. Mövsüm isə davam edir. Biz sona qədər mübarizə aparacağıq. A Seriyasında qalib gələcəyimizə daha çox əminik”.

Mayın 11-də “İnter” finalda “Yuventus”a qalib gələrək (4:2), 11 ildən sonra ilk dəfə İtaliya kubokunun qalibi olub.

“Milan” A Seriyasının turnir cədvəlində “İnter”i 2 xal qabaqlayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button