Koronavirusa görə Çempionlar Liqasından diskvalifikasiya edildilər

Səudiyyə Ərəbistanının “Əl Hilal” klubu Asiya Çempionlar Liqasından kənarlaşdırılıb.

Komanda.az xəbər verir ki, buna səbəb komandanın 17 üzvünün koronavirusa yoluxması və “Əl Əhli” ilə matça çıxmaq üçün lazım olan sayda futbolçusunun olmamasıdır. Bu barədə “Əl Hilal”ın mətbuat xidməti məlumat yayıb.

“Əl Hilal” “Əl Əhli” ilə oyuna start heyətdə 9, ehtiyatda isə 2 futbolçu ilə çıxmaq istəyib. Lakin qaydalara görə, oyunların iştirak ərizəsinə ən azı 13 futbolçu daxil edilməlidir. Asiya Futbol Konfederasiyası “Əl Hilal”ı Asiya Çempionlar Liqasından diskvalifikasiya edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button