“Milan”ın futbolçusu koronavirusa qalib gəldi
“Milan”ın koronavirusa yoluxan futbolçusu Rafael Leao sağalıb.
Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Koronavirusa qalib gələn 21 yaşlı hücumçu artıq komandayla məşqlərə başlayıb.
Leao “Milan”ın A Seriyasının ilk turunda “Bolonya”nı məğlub etdiyi oyunda (2:0) iştirak etməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin