Elvin Yunuszadəli “Şkupi” 3 xalı 4 qolla qazandı
Futbol üzrə Şimali Makedoniya çempionatında 6-cı turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı müdafiəçi Elvin Yunuszadənin formasını geyindiyi “Şkupi” də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Renova” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:3.
Elvin də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Şkupi” 6 oyuna topladığı 13 xalla 12 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin