“Tarixin ən güclü futbolçusu…” – Qrizmann
“Atletiko”nun futbolçusu Antuan Qrizmann, karyerasında qarşılaşdığı ən çətin rəqibinin adını açıqlayıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, fransız futbolçu, “Ayaks”ın yarımmüdafiəçisi Frenki de Yonqun onun üçün çətin rəqib olduğunu deyib:
“Bu günə kimi qarşılaşdığım ən çətin rəqib “Ayaks”dan Frenki de Yonq olub. Ona təzyiq etmək istəyirdim, ancaq nəticə vermirdi.
Tarixin ən güclü futbolçusunun kim olduğunu dəqiq deyə bilmərəm. Lionel Messi və ya Kriştiano Ronaldonun adını çəkə bilərəm. Pele və Dieqo Maradonanın necə oynadığını görməmişəm. Ancaq yaxşılar sırasında Zinəddin Zidanın adını qeyd edə bilərəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin