“Bavariya”nın futbolçusu keçmiş klubuna qayıdır
“Bavariya”nın yarımmüdafiəçisi Xavi Martines karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır.
Komanda.az xəbər verir ki, 32 yaşlı futbolçu keçmiş klubu “Atletik”ə qayıda bilər. Məlumata görə, La Liqa klubu Martinesə sonradan 1 il artırmaq maddəsi ilə 2 illik müqavilə təklif edib. Klubla futbolçu arasında danışıqların müsbət istiqamətdə davam etdiyi bildirilir.
İspaniyalı futbolçu 2006/12-ci illərdə “Atletik”in şərəfini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin