Messinin atası fikrini dəyişdirdi: “Barselona”da qalır?

“Barselona”dan ayrılacağı gözlənilən Lionel Messi komandada qala bilər.

Komanda.az “Deportes Cuatro”ya istinadən xəbər verir ki, bu barədə argentinalı futbolçunun atası Xorxe Messi məlumat verib.

O, hücumçunun müqaviləsinin sonuna qədər Kataloniya klubunda qala biləcəyini açıqlayıb. Klub prezidenti Xosep Maria Bartomeu ilə görüşən Xorxe, futbolçunun böyük məbləğdə təzminat ödənilmədən ayrıla bilməyəcəyini qəbul edib.

Xorxe dünən verdiyi açıqlamada Messinin “Barselona”da qalmasının çətin olduğunu bildirmişdi.

Lionel Messinin klubla müqaviləsi növbəti mövsümün sonunda başa çatır. Onun “Barselona”dan ayrılaraq, “Mançester Siti”yə transfer olunacağı deyilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button