ÇL matçı neytral meydanda keçirilə bilər – koronavirusa görə

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Dinamo” (Kiyev, Ukrayna) – “Alkmaar” (Niderland) matçı neytral meydanda keçirilə bilər.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Kiyev şəhərində koronavirusla bağlı epidemoloji vəziyyətin gərgin olmasıdır. Paytaxtda son bir həftədə hər gün 200-dən çox koronavirusa yoluxma faktı qeydə alınır.

UEFA məsələni araşdıracaq və qısa zamanda matçın harda keçirilməsiylə bağlı yekun qərar verəcək.

“Dinamo” – “Alkmaar” matçı sentyabrın 16-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button