“Qarabağ”ın futbolçusunun qardaşı qərarını verib – millidən ayrılır
“Mançester Yunayted”in və Serbiya yığmasının üzvü Nemanya Matiç millidəki karyerasını bitirməyə qərar verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə o, Serbiya Futbol Federasiyasını da məlumatlandırıb. Federasiya futbolçunu fikrindən daşındırmağa çalışsa da, 32 yaşlı Matiç qərarından məmnun olduğunu bildirib.
Bundan başqa, ona digər variant – növbəti il keçiriləcək Avropa çempionatından sonra millidən ayrılmaq təklif edilib. Onun bu təklifə də müsbət yanaşmadığı bildirilir.
Matiç Serbiya millisində iştirak etdiyi 48 oyunda 2 qolla yadda qalıb. O, “Qarabağ”ın futbolçusu Uroş Matiçin qardaşıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin