“Çelsi”də koronavirus şoku

İngiltərənin “Çelsi” klubunun bir neçə futbolçusu koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. Məlumata görə, “zadəganlar”ın bir neçə üzvündə koronavirus aşkarlanıb. Həmin şəxslərin adı açıqlanmır və onların evdə karantininə alındıqları bildirilir.

Bundan başqa, “Çelsi”nin Yunanıstanda tətildə olan futbolçuları Temmi Abraham, Kristian Pulişiç, Mason Mount və Fikayo Tomori istirahətdən qayıtdıqdan sonra karantinə alınıb. Onların test nəticələrinin pozitiv olub-olmadığı açıqlanmır.

İngiltərə Premyer Liqasında yeni mövsüm sentyabrın 12-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button