“Barselona” Setyeni istefaya göndərdi

“Barselona” klubu baş məşqçi Kike Setyeni istefaya göndərib.

Komanda.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin prezidenti Xosep Maria Bartomeu COPE radiosuna açıqlamasında deyib. Bartomeu, Setyenin işindən azad olunduğunu bildirib.

Setyen yanvardan “Barselona”ya rəhbərlik edirdi. Onun başçılıq etdiyi komanda La Liqada 2019/20 mövsümünü 2-ci sırada tamamlayıb, Çempionlar Liqasında isə 1/4 finalda “Bavariya”ya 2:8 hesabıyla uduzaraq, turniri tərk edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button