“Barselona”nın prezidenti: “Qərarlar vermək vaxtıdır”

“Barselona” klubunun prezidenti Xosep Maria Bartomeu Çempionlar Liqasının 1/4 final mərhələsində “Bavariya”ya məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, “Marca”ya açıqlama verən Bartomeu, 2:8 hesabıyla bitən oyun haqda bunları deyib:

“Ağır axşam və ağır məğlubiyyət. Çox təəssüflənirik, bu komanda təmsil etdiyimiz kluba bənzəmirdi. Mənim üçün çox ağırdır. “Bavariya”nı təbrik edirəm, möhtəşəm matç keçirdilər və layiq olduqları yarımfinala yüksəldilər. Öz səviyyəmizdə oynamadıq və bu, bir fəlakətdir. Ağlımızda olan şeylər var, artıq qərarlar vermək vaxtıdır. Amma qərarı bu gün verməyəcəyik. Azarkeşlərimizdən üzr istəyirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button