Çempionlar Liqasında hakim təyinatına etiraz
Fransanın “Lion” klubu UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Mançester Siti” (İngiltərə) ilə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, fransızlar oyunu niderlandlı hakimlər briqadasının idarə etməsinə etiraz edirlər. “Lion” oyunun baş hakimi Danni Makkelinin matçda qərəzli qərarlar verəcəyindən ehtiyat edir. Buna səbəb isə bu oyunun nəticəsinin Niderlandın “Ayaks” klubuna təsir etməsidir. Belə ki, “Mançester Siti” turnirdə qalib gəlsə, “Ayaks” birbaşa Çempionlar Liqasının qrup mərhələsinə yüksələcək.
Bu səbəblə, “Lion” oyunun baş hakiminin dəyişdirilməsi ilə bağlı UEFA-ya müraciət etməyə hazırlaşır.
“Mançester Siti” – “Lion” oyunu avqustun 15-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin