“Sileks”in baş məşqçisi: “Favorit “Qarabağ”dır”
Şimali Makedoniyanın “Sileks” klubunun baş məşqçisi Qoran Simov UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkünə münasibət bildirib.
Komanda.az xəbər verir ki, 45 yaşlı serb mütəxəssis, bu mərhələdə üz-üzə gələcəkləri Azərbaycan təmsilçisi “Qarabağ”ı cütün aşkar favoriti sayır:
“Bizim 1-ci təsnifat mərhələsində qarşılaşa biləcəyimiz bütün rəqiblər möhtəşəm komandalardır. Onlarım hamısının büdcəsi 20 milyon avrodan yüksəkdir. “Qarabağ” qarşılaşmanın aşkar favoritidir. Biz daha uzun müddət avrokubok həyəcanı yaşamağı xəyal edirik. “Qarabağ” ardıcıl 7 ildir Azərbaycan çempionu olan əla komandadır. Onlar hər il avrokubokların qrupunda oynayır. Əvvəllər də göstərdiyimiz kimi, asanlıqla təslim olmayacağıq. Mümkün olan hər şeyi edəcəyik. Ümid sonda ölür”.
Qeyd edək ki, “Qarabağ” – “Sileks” matçı avqustun 18-19-da Bakıda keçiriləcək.
Bizi Facebook-da izləyin