UFC təxribata əl atan ermənini cəzalandırdı
Erməni döyüşçü Edmen Şahbazyan və komandası UFC tərəfindən cəzalandırılıb.
Komanda.az xəbər verir ki, ABŞ-ı təmsil edən 22 yaşlı idmançı son turnirdə qondarma “Dağlıq Qarabağ Respublikası”nın qeyri-qanuni bayrağıyla döyüşə çıxdığına görə cərimə olunub.
“Reebok” şirkəti isə təxribatçı erməni ilə əməkdaşlığı dərhal dayandırıb. Erməni idmançı və onun məşqçiləri UFC-dən üzr istəyib, səhv etdiklərini deyiblər.
Şahbazyanın təxribatına görə Azərbaycanın Xarici İşlər Nazirliyi UFC rəhbərliyinə müraciət ünvanlamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin