“Espanyol” La Liqanı tərk etmək istəmir – müraciət etdilər
İspaniya La Liqasında son mövsümün nəticələrinə əsasən mövsümü 20-ci pillədə bitirən və turniri tərk edən “Espanyol” müraciət ünvanlayıb.
Komanda.az xəbər verir ki, klub rəsmi saytı vasitəsilə yaydığı müraciətdə, cari mövsümdə çempionatı tərk etməklə bağlı qərarın aradan qaldırılmasını tələb edib. Belə ki, klub rəhbərliyi koronavirusun yaratdığı durğunluq və pandemiyanın mənfi təsirləri səbəbiylə mövsümdə son pillələri tutan komandaların La Liqanı tərk etməsi ilə bağlı qərarın ləğv edilməsini istəyib.
La Liqada mövsümün nəticələrinə əsasən, turnir cədvəlində son pillələri tutan “Leqanes”, “Malyorka” və “Espanyol” turniri tərk edib və yeni mövsümdən Sequndada mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin