Canni De Byazidən milli üzvlərinə müraciət

Futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Canni De Byazi yığmamızın futbolçularına müraciət edib.

Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis sosial şəbəkə hesabında üç dildə (Azərbaycan, italyan və ingilis) etdiyi paylaşımında futbolçularla görüşünü səbirsizliklə gözlədiyini bildirib:

“Salam, uşaqlar. Artıq Millətlər Liqasının başlanmasına 34 gün qalır. Lakin hələ də tanış olmamışıq. Ona görə də sizinlə görüşü səbirsizliklə gözləyirəm. Çünki heyətlə bağlı qərarlar verməliyəm. Bu qərarlar isə sizdən asılıdır: sizin davranışınız, komandaya olan münasibətiniz, komanda üçün bütün çətinliklərə hazır olmağınız, həmçinin qürurla milli komandanı böyük zirvələrə aparmaq hissi”.

Xatırladaq ki, De Byazi bir neçə gün əvvəl AFFA ilə rəsmi müqavilə imzalayıb. Yığmamız Millətlər Liqasındakı ilk matçını sentyabrın 5-də Bakı Olimpiya Stadionunda Lüksemburqa qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button