“Şalke” üçün bir az məyus oldum” – Sane
“Mançester Siti”nin futbolçusu Leroy Sane, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Şalke”ni məğlub etdikləri (3:2) oyundan sonra fikirlərini bildirib.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, alman futbolçu, keçmiş komandası üçün kədərləndiyini deyib:
“Şalke” üçün bir az məyus oldum. Çünki burda, stadiondakı atmosfer həmişəki kimi mükəmməl idi. “Şalke” yaxşı müdafiə olundu və bizə çətinlik yaratdı.
Çətin oyun oldu. Ancaq sonda qazandıq. Ən vacib olan budur. Komandanın daha çox şey istədiyini görürsüz. Biz heç vaxt təslim olmuruq və sona qədər mübarizə aparırıq.
Bu mövsüm çətin qarşılaşmalarımız olub. Hər oyunu 3:0 hesabıyla qazana bilməzsiz. 10 nəfərlə qazanmaq vacib idi”.
2011-2016-cı illər aralığında “Şalke”də forma geyinən Sane, 2016-cı ilin yayında 50,5 milyon avro qarşılığında “Mançester Siti”yə keçib.
“Mançester Siti” ilə “Şalke” arasındakı cavab matçı martın 12-də keçiriləcək.
Bizi Facebook-da izləyin