“Barselona”nın prezidentindən baş məşqçi postu ilə bağlı açıqlama

“Barselona”nın prezidenti Xosep Maria Bartomeu komandadakı gələcəyi müzakirə edilən baş məşqçi Kike Setyenlə bağlı açıqlama verib.

Komanda.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, adı baş məşqçi postuna namizədlər arasında çəkilən Xavi barədə də danışan klub prezidenti, bunları deyib:

“Xavi yaxşı münasibətim olan bir insandır, amma hazırda Setyenin “Barselona” ilə müqaviləsi var. Hər zaman Setyenin baş məşqçimiz olduğunu və Çempionlar Liqasında bizimlə olacağını demişdik. “Napoli” ilə oyun ilk addımdır. Setyen növbəti mövsümdə də bizimlə olacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button