“Yuventus”un futbolçusu ürəyindən əməliyyat olundu

Ürəyində problem aşkarlanan “Yuventus”un futbolçusu Sami Xedira əməliyyat olunub.

Komanda.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.

Almaniyalı yarımmüdafiəçinin əməliyyatı uğurlu keçib. Xediranın 1 ay meydana çıxa bilməyəcəyi açıqlanıb.

Qeyd edək ki, Xedira bu mövsüm İtaliya A Seriyasında 9 qarşılaşmada iştirak edərək, iki qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button