“Yuventus” “Latsio”nu məğlub yola saldı

Futbol üzrə İtaliya A Seriyasında 34-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. Açılış matçında “Atalanta” səfərdə “Verona”nın qonağı olub və xal itkisi ilə üzləşib. “Kalyari”nin “Sassuolo” ilə qarşılaşması da heç-heçə yekunlaşıb. “Milan” isə “Bolonya”nı qəbul edib və darmadağına sevinib.

34-cü turun maraqla gözlənilən qarşılaşmasında isə “İnter” səfərdə “Roma”nın qonağı olub. Dörd qolun qeydə alındığı bu görüşdə qalib müəyyənləşməyib.

Turun mərkəzi görüşündə “Yuventus” öz meydanında “Latsio” ilə qarşılaşıb. Üç qolun vurulduğu qarşılaşma turinlilərin qələbəsiylə yekunlaşıb.

İtaliya A Seriyası, 34-cü tur

18 iyul

Verona – Atalanta 1:1
Qol
: Pessina, 59 – Sapata, 50.

Kalyari – Sassuolo 1:1
Qol
: J.Pedro, 63 – Kaputo, 12.

Milan – Bolonya 5:1
Qol
: Salemakers, 10. H.Çalhanoğlu, 24. Bennaser, 49. Rebiç – 57. Kalabriya, 90+2 – Tomiyasu, 44.

19 iyul

Parma – Sampdoriya 2:3
Qol
: Jervinyo, 18. Bereşinski, 40-öz qapısına – Şabot, 48. Kvalyarella, 69. Bonassoli, 78.

Breşiya – SPAL 2:1
Qol
: Zmrhal, 69; 90+3 – Dabo, 42.

Fiorentina – Torino 2:0
Qol
: Lyanko, 2-öz qapısına. Kutrone, 75.

Cenoa – Leççe 2:1
Qol
: Sanabriya, 7. Qabriel, 81-öz qapısına – Mankosu, 60.

Napoli – Udineze 2:1
Qol
: Milik, 31. Politano, 90+5 – De Paul, 22.

Roma – İnter 2:2
Qol
: Spinatsola, 45+1. Mxitaryan, 57 – De Vrey, 15. Lukaku, 87-pen.

20 iyul

Yuventus – Latsio 2:1
Qol
: Ronaldo, 51-pen; 54 – İmmobile, 83-pen.

Bombardir: Kriştiano Ronaldo (Yuventus), Çiro İmmobile (Latsio) – 30 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button