“Mançester Siti” ispan hücumçuyla razılaşdı
“Valensiya”nın futbolçusu Ferran Torres karyerasını İngiltərədə davam etdirəcək.
Komanda.az xəbər verir ki, 20 yaşlı hücumçu “Mançester Siti”yə transfer olunmağa yaxındır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, Torresin “şəhərlilər”lə razılaşdığı bildirilib.
“Mançester Siti” “Bavariya”ya transfer olunan Leroy Sanenin yerinə düşündüyü Torres üçün “Valensiya” ilə danışıqlara başlayıb. La Liqa klubu yetirməsi olan hücumçu üçün 50 milyon avro tələb edir.
Torres bu mövsüm La Liqada 32 oyunda iştirak edib və 4 qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin