De Byazi: “Hər kəsin maksimumu istəməsi mənə normal görünmür” – Müsahibə
Azərbaycan millisinin baş məşqçisi təyin ediləcəyi gözlənilən Canni De Byazi müsahibə verib.
Komanda.az xəbər verir ki, “panorama.com.al”a danışan mütəxəssis, milliyə təyinatı, gözləntiləri və s. məsələlər barədə danışıb:
- Niyə Azərbaycan millisini seçdiz?
- Albaniyadan daha çətin şəraitdə özümü sınamaq istədim. Ümumi olaraq, ən azından Millətlər Liqasında belə bir fürsətimizin olacağına inanıram. Qrup mərhələsi asan olmayacaq.
- Fərq dedikdə, nələri nəzərdə tutursuz?
- Çünki komandaya məşqçilik etməyim üçün çox az vaxtım var, hətta məşqlər belə yoxdur. Avqustun ilk günlərində Azərbaycana gedəcəm və sentyabrın 5-dən oyunlar başlayacaq. Buna görə də, komandada olacağını düşündüyüm futbolçularla danışmalı, onları tanımalıyam.
- Albaniya millisindəki uğuru təkrarlaya bilərsiz?
- Təbii ki, bunu istəyirəm, amma hər bir vəziyyət fərqlidir. Üstəlik, Albaniya millisində çalışmaq üçün daha çox zamanım vardı.
- Ansi Aqolli məşqçilər heyətində olacaq?
- Aqollini yanımda aparacağıma ümid edirəm. İlin sonuna qədər “Nyu-York Kosmos”la müqaviləsi var. Görək onu heyətimizə gətirə biləcəmmi? Bu, çox vacibdir, çünki o, Azərbaycan futbolunu yaxşı bilir və çox ciddi insandır. Aqollini çox bəyənirəm.
- Azərbaycan millisində Albaniyadakından fərqli nə edəcəksiz?
- Hər anı yaşayacam və müsbət nəticə əldə etmək üçün ən etibarlı futbolçuların kim olduğunu qısa zamanda tapmağa çalışacam.
- Albaniya millisini Avropa çempionatının final mərhələsinə çıxardığınız üçün sizdən dünya çempionatına vəsiqə qazanmaq tələb oluna bilər. Bu amil sizi təzyiq altına sala bilər?
- Hər kəsin maksimumu istəməsi mənə normal görünmür. Düşünürəm ki, indi əsl vacib olan Millətlər Liqasında qrupundan çıxmaqdır.
- Azərbaycandan ümumi gözləntiləriniz nədir?
- Daha çox taktiki diqqət və oyun zamanı topla daha sürətli hərəkət vacibdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin