“Sumqayıt”da Ayxan Abbasovla bağlı qərar verildi – rəsmi
2020/2021 mövsümünün heyəti üçün çalışmalara başlayan “Sumqayıt” klubu ilk olaraq, baş məşqçi Ayxan Abbasovla müqaviləni yeniləyib.
Komanda.az xəbər verir ki, bu barədə “kimyaçılar”ın rəsmi saytı məlumat yayıb. Belə ki, 38 yaşlı mütəxəssis növbəti mövsümdə də “Sumqayıt”ın “sükanı arxasında” olacaq.
Yeni müqavilə imzalayan Abbasov klubun saytına fikirlərini də bildirib:
“Ötən ilyarımda qazandığımız nəticələr bizi sevindirir. Lakin, bizdən asılı olmayan səbəblərə görə bəzi oyunçularımızı komandada saxlaya bilmədik. Bu ərəfədə “Sumqayıt”dan ayrılmaq mənim üçün ağır olardı. Ümidvaram ki, yenidən döyüşkən bir heyət qurub, həm Avroliqada, həm də Premyer Liqada mübarizə aparacağıq”.
“Sumqayıt” 2018-ci ilin noyabr ayından etibarən komandaya baş məşqçi təyin olunan Ayxan Abbasovun rəhbərliyi ilə tarixində ilk dəfə Azərbaycan kubokunun finalı və UEFA Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanıb.
Bizi Facebook-da izləyin