“Çelsi”ni “Tottenhem”ə dəyişir
“Çelsi”nin mövsümün sonunda müqaviləsi bitəcək futbolçusu Villianın yeni klubu müəyyənləşib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu “Tottenhem”ə transfer olunacaq. Aparılan danışıqlardan sonra tərəflər bütün şərtlərdə razılaşıblar və Villian tezliklə azad agent olaraq “Tottenhem”ə qoşulacaq.
“Çelsi” Villiana yeni müqavilə təklif etsə də, futbolçu ilə klub arasında aparılan danışıqlar uğursuz olub.
Villian 2013-cü ildən “Çelsi”də çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin