Artetadan Genduziyə cəza

“Arsenal”ın yarımmüdafiəçisi Matteo Genduzi əsas komandadan uzaqlaşdırılıb.

Komanda.az “The Atheltic”ə istinadən xəbər verir ki, baş məşqçi Mikel Arteta futbolçunun əsas heyətlə məşq etməsinə icazə vermir. “Brayton”a məğlubiyyətdən sonra (1:2) komandadan uzaqlaşdırılan Genduzi fərdi məşqlər edir. Arteta yarımmüdafiəçinin intizamsız hərəkətləri və lazımi səviyyədə çıxış etmədiyi üçün bu addımı atıb.

London klubu futbolçunu satmaq variantını da nəzərdən keçirir. 21 yaşlı futbolçunun adı “Mançester Yunayted” və PSJ kimi klublarla yanaşı çəkilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button