“Liverpul”la müqaviləm bitdikdən sonra nə edəcəyimi bilmirəm” – Klopp
“Liverpul”un baş məşqçisi Yurgen Klopp gələcək planlarından danışıb.
Komanda.az xəbər verir ki, “Mirror” nəşrinə danışan alman mütəxəssis, “Liverpul”la müqaviləsi bitdikdən sonra nə edəcəyini bilmədiyini bildirib:
“70 yaşıma qədər çalışacağam? Bilmirəm, bu yaşda özümü belə bir peşədə görə bilmirəm. 33 yaşımda məşqçiliyə başlayanda özümə 25 il vaxt vermişdim. “Liverpul”la müqaviləmin müddəti bitəndə artıq bu vaxt 23,5 il olacaq.
“Liverpul”la müqaviləm bitdikdən sonra nə edəcəyimi bilmirəm, hər hansı bir planım yoxdur. Ümid edirəm ki, əsas, sağlamlıq olar. Yaxşı bir əhval-ruhiyyədə olacam və bunları deyəcəm: “Mənə futbol məsələlərinə görə zəng vurmayın”. Bəli, gələcək planım budur”.
Kloppun “Liverpul”la müqaviləsi 2024-cü ilin yayına qədərdir.
Bizi Facebook-da izləyin