“Fənərbaxça”dan ayrılan futbolçu La Liqa yolunda
Bir müddət əvvəl “Fənərbaxça” ilə yollarını ayıran Maks Kruze karyerasını İspaniyada davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 32 yaşlı futbolçuya La Liqadan iki təklif var. Bu barədə İspaniyanın “El Gol” portalı məlumat yayıb. Xəbərdə, “Betis” və “Vilyarreal”ın alman yarımmüdafiəçi üçün rəsmi təklif göndərdiyi bildirilib.
2019-cu ilin yayında “Fənərbaxça”ya keçən Kruze, bir neçə gün əvvəl maaşının ödənilmədiyini iddia edərək, Super Liqa klubu ilə müqaviləsini birtərəfli qaydada ləğv edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin