“Keşlə” kapitanı ilə vidalaşdı
Mövsümü bürünc medallarla bitirən “Keşlə” kapitanı Slavik Alxasovla yolları ayırıb.
Komanda.az xəbər verir ki, 27 yaşlı müdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, Alxasov 2016-cı ildən “Keşlə”də (o vaxtkı “İnter”) çıxış edirdi.
Əlavə edək ki, “Keşlə” bundan əvvəl Ruslan Qurbanov və Cabir Əmirli ilə də yolları ayırıb. Qurbanovun karyerasını harada davam etdirəcəyi bəlli deyilsə, Əmirli “Neftçi” ilə müqavilə bağlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin