“Qarabağ” və “Neftçi” istəyirdi, “Rapid”ə keçir – italyan futbolçu
İtaliya milli komandasının sabiq futbolçusu Dieqo Fabbrini 2019-cu ildə formasını geyindiyi “Dinamo” (Rumıniya) klubundan ayrılıb, Azərbaycana – “Qarabağ” və ya “Neftçi”yə gələ bilərdi.
Komanda.az “prosport.ro” saytına xəbər verir ki, bu barədə 30 yaşlı yarımmüdafiəçinin meneceri Florian Manea açıqlama verib. Manea, hazırda italyan yarımmüdafiəçiylə Rumıniyanın “Rapid” klubunun da yaxından maraqlandığını deyib:
“Fabbrinini “Rapid” istəyir. Niyə də olmasın? Fabbrini artıq klub rəhbərliyinə deyib ki, hər iki təklif cəlbedicidir və rədd edilə bilməz. Fabbrini son vaxtlar maaşlarını gec alır və bu da onun komandadan ayrılmasına səbəb ola bilər”.
Fabbrini 2012-ci ildə İtaliyanın əsas yığmasında bir oyun keçirib. O, karyerası ərzində İtaliyada “Empoli”, “Udineze”, “Palermo”, “Siena”, “Spetsia”, İngiltərədə “Uotford”, “Milluoll”, “Birmingem”, “Middlsbro”, İspaniyada “Ovyedo”, Rumıniyada “Botoşani”, Bolqarıstanda ÇSKA klublarında forma geyinib.
Bizi Facebook-da izləyin