Super Liqa klubunda 5 illik müqavilə

Türkiyənin “Sivasspor” klubu futbolçusu Erdoğan Yeşilyurtun müqavilə müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Tərəflər arasındakı yeni müqavilənin müddəti 2025-ci ilin yayına qədərdi. 26 yaşlı yarımmüdafiəçi ilə əvvəlki anlaşmanın müddəti mövsümün sonuna qədər idi.

Erdoğan Yeşilyurt “Sivasspor”da 2018/19 mövsümündən etibarən çıxış edir. O, Sivas təmsilçisi ilə meydana çıxdığı 39 Super Liqa matçında 5 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button