Dibala açıqladı: Tam sağalıb?
“Yuventus”un bir müddət əvvəl koronavirusa yoluxan hücumçusu Paulo Dibala açıqlama verib.
Komanda.az “Football İtalia”ya istinadən xəbər verir ki, virusa qalib gələn argentinalı futbolçu, tam formada olmadığını bildirib:
“Koronavirusa yoluxmuşdum, amma indi özümü daha yaxşı hiss edirəm. Hələ yüzdə yüz yaxşı formamda deyiləm, amma olduqca yaxşıyam. Artıq məşqlərə başlamışıq, futbol qayıdır. Tezliklə sevdiyimiz işi görəcəyik”.
İtaliyada futbol iyunun 12-də, ölkə kubokunun oyunu ilə bərpa olunacaq. A Seriyasının isə iyunun 20-də bərpası gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin