“İnfantino futbolu nəhəng pul maşınına çevirmək istəyir” – Blatter

FİFA-nın keçmiş prezidenti Yozef Blatter qurumun hazırkı rəhbəri Canni İnfantinonu tənqid edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Blatter, İnfantinonun futbolu nəhəng pul maşınına çevirmək istədiyini deyib:

“İnfantinonun prezidentliyə gəldiyi yolu təmizləməyə çalışdığı görünür. İnfantino futbolu nəhəng pul maşınına çevirmək istəyir. 48 komandanın iştirakı ilə dünya çempionatı keçirmək istəyir. Bu, daha çox pullar qazanılmaq üçün edilir.

Bəzi şeylər var ki, onları həzm etmək çətindir. İnfantino dərnəklərin prezidentləriylə deyil, artıq birbaşa ölkə başçılarıyla danışır”.

Blatter 1998-2015-ci illər aralığında FİFA-nın prezidenti olub. O, 2015-ci ildə korrupsiyaya görə futboldan 8 illik diskvalifikasiya olunmuşdu. Blatterin cəzası 2016-cı ildə 6 ilə endirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button