“Çelsi”nin hörmət etdiyimiz siyasəti var, amma…” – Villianın meneceri
“Çelsi” ilə müqaviləsi iyunun sonunda başa çatacaq Villianın gələcək karyerası ilə bağlı açıqlama verilib.
Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, braziliyalı futbolçunun meneceri Kia Yoorabşian məsələylə bağlı bunları deyib:
“Pandemiyadan əvvəl klubla 2-3 illik müqavilə ilə bağlı danışıqlar aparırdıq. “Çelsi”nin hörmət etdiyimiz siyasəti var, amma Villianın da karyerası və hədəfləri var. Villian karyerasını yüksək səviyyədə bitirmək istəyir”.
Villian 2013-cü ildən London klubunun uğurları üçün çalışır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin