“Sabah” şəhid övladlarını ziyarət etdi
“Sabah” Futbol Klubunun titul sponsoru “Bank Respublika”nın təşəbbüsü, AFFA və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyiylə “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətiylə Aprel şəhidlərinin övladları ziyarət edilib.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Sabah”ın və milli komandamızın üzvləri Bəhlul Mustafazadə, Ramil Şeydayev və Ruslan Abışov uşaqlarla görüşərək, onlara “Bank Respublika”, “Sabah” FK və AFFA-dan müxtəlif hədiyyələr təqdim edib, xatirə şəkli çəkdiriblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin