Qasperini “Valensiya” ilə oyundan əvvəl koronavirusa yoluxub
“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini koronavirusa yoluxduğunu etiraf edib.
Komanda.az xəbər verir ki, 62 yaşlı mütəxəssis “La Gazetta dello Sport” nəşrinə danışan zaman Çempionlar Liqasının “Valensiya” ilə matçından əvvəl virusa yoluxduğunu deyib:
“Valensiya” ilə cavab oyunundan bir gün əvvəl özümü pis hiss edirdim. Oyun günü – martın 10-da vəziyyətim daha da pisləşdi. Matç zamanı çəkilən şəkillərimə baxsaz, bunu hiss edə bilərsiz. Bir neçə gündən sonra artıq halsızlıq başlamışdı. Temperaturum da yüksək idi”.
Qasperini həmin dövrdə koronavirus testindən keçməyib. İtalyan mütəxəssis 10 gün əvvəl koronavirus testi verib və nəticəsi mənfi olub.
“Atalanta” Çempionlar Liqasının 1/8 finalında “Valensiya”nı ilk oyunda 4:1, cavab oyununda isə 4:3 hesabıyla məğlub edib.
Bizi Facebook-da izləyin