“Bu baş verəndə, çox xoşbəxt olacağıq” – “Mançester Siti”nin futbolçusu

“Mançester Siti”nin futbolçusu Benjamin Mendi açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu, koronavirus səbəbiylə dayandırılan Premyer Liqanın mümkün bərpası barədə danışıb:

“Biz sadəcə, rəsmilər tərəfindən veriləcək “yaşıl işığ”ı gözləyirik. Bu baş verəndə, çox xoşbəxt olacağıq. Birdən-birə “gəlin, oyunları keçirək” deyib, başlaya bilmərik. Hər şey nəzərə alınmalıdır. Biz heç nəyə qərar vermirik, sadəcə, veriləcək qərarı gözləyirik. İnsanların sağlamlığını düşünməliyik, amma oynaya biləcəyiksə, niyə də olmasın?”

Mendi, indiyədək tanış olduğu ən yaxşı futbolçunun da adını açıqlayıb:

“Tanış olmaq fürsəti tapdığım ən yaxşı futbolçu Eden Hazarddır. O bir futbolçu kimi hər şeyə sahibdir. Rəqibləri aldatmaq, sürət, güc. Hazard çox yaxşı adamdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button