“Mənə elə gəlir ki, bu məsələ ilə bağlı böyük xaos var” – Mançini
Futbol üzrə İtaliya millisinin baş məşqçisi Roberto Mançini koronavirus səbəbiylə dayandırılan A Seriyası ilə bağlı açıqlama verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, yığma komandanın çalışdırıcısı, mövsümün bərpa olunacağına ümid etdiyini bildirib:
“Mənə elə gəlir ki, bu məsələ ilə bağlı böyük xaos var. Milli komandanın baş məşqçisi kimi mövsümün yenidən başlayacağına ümid edirəm. Çünki növbəti il çox sayda oyunumuz olacaq və futbolçuların hansı vəziyyətdə olduqlarını bilmirəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin