Almaniya kubokunda da oyunların vaxtı bəlli oldu

Futbol üzrə Almaniya kubokunda yarımfinal və final oyunlarının vaxtı müəyyənləşib.

Komanda.az xəbər verir ki, koronavirus pandemiyasına görə təxirə salınan yarımfinal görüşləri 9-10 iyunda keçiriləcək. Bu barədə Almaniya Futbol İttifaqı (DFB) məlumat yayıb. Final qarşılaşması isə iyulun 4-nə təyin olunub.

Qeyd edək ki, yarımfinalda “Bavariya” “Ayntraxt”la, “Saarbrükken” isə “Bayer”lə mübarizə aparacaq.

Almaniya kubokunun finalı daha əvvəl mayın 23-nə nəzərdə tutulsa da, sonradan federasiya görüşü qeyri-müəyyən müddətədək təxirə salmışdı.

Almaniya Bundesliqasında bərpa tarixi daha öncə bəlli idi. Həm əsas, həm də 2-ci Bundesliqada mövsüm mayın 16-da Dortmund “Borussiya” və “Şalke” arasındakı Rur derbisi ilə bərpa olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button