Neytral stadion ideyası narazılığa səbəb olub
Koronavirusa görə dayandırılan İngiltərə Premyer Liqasında mövsüm bərpa olunacağı halda, oyunlar neytral stadionlarda keçirilə bilər.
Komanda.az xəbər verir ki, artıq bir neçə klub bu ideyaya qarşı çıxıb. Bu barədə “Sky Sports” nəşri məlumat yayıb. Xəbərdə, “Vest Hem”, “Aston Villa”, “Uotford”, “Bornmut”, “Norviç” və “Brayton”un oyunların neytral stadionda olmasını istəmədikləri yazılıb.
Premyer Liqa klublarının futbolçularının bəziləri koronavirus pandemiyasına görə mövsümün ləğv olunmasının tərəfdarıdır.
İngiltərə Premyer Liqasında mövsümün iyunun 12-də bərpa olunması gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin