“Bavariya”ya transfer olunmaqdansa…” – Verner
Son vaxtlar adı “Liverpul”, “Bavariya” kimi klublarla yanaşı çəkilən “Leyptsiq”in futbolçusu Timo Verner açıqlama verib.
Komanda.az xəbər verir ki, “Bild”ə danışan 24 yaşlı hücumçu, “Bavariya”ya keçmək niyyətinin olmadığını bildirib:
“Bavariya” böyük klubdur və komandanın baş məşqçisi Hansi Flik də bu mövsüm nə qədər güclü olduğunu göstərdi. Amma komandamı dəyişdirməli olsam, “Bavariya”ya transfer olunmaqdansa, ölkə xaricinə gedərəm. Başqa çempionata getmək mənə Bundesliqadan daha maraqlı gəlir. Əlbəttə ki, qarşılıqlı hörmət də vacibdir. Hazırda “Leyptsiq”də oynamağımdan məmnunam və burda inkişaf etmişəm”.
Vernerin Almaniya klubu ilə müqaviləsi 2023-cü ilin iyununda başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin