“Futbol dayansa, 700-800 milyon avro itki olacaq” – Federasiya prezidenti

İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina koronavirus pandemiyası səbəbiylə dayandırılan A Seriyasının taleyi ilə bağlı açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, federasiya rəhbəri, mövsümü ləğv etmək istəmədiklərini bildirib:

“Federasiyaya rəhbərlik etdiyim müddətdə mövsümü vaxtından tez yekunlaşdırmağa razı olmayacam, çünki bu, İtaliya futbolunun ölümü olar. Bu məsələdə hər kəsin maraqlarını qorumağa çalışıram. Təkrar edirəm, bütün futbolçuların iştirakı ilə bağlı problem olmadıqca, bu qərarı qəbul etməyəcəm. Mövsümü ləğv etmək üçün kimsə mənə bunu izah etməli və irəliləməyimə mane olmalıdır. Futbol dayansa, 700-800 milyon avro itki olacaq. Oyunlar azarkeşsiz keçirilsə, itkilər 300 milyon avro olacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button